“Neftçi” “Zirə” üçün hazırlığı başa vurdu
07.12.2022 , 20:30

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə ilk matçın hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
“Zirə” – “Neftçi” oyunu dekabrın 8-i saat 18:00-da Zirə İdman Kompelksinin stadionunda keçiriləcək.
