“Neftçi” “Zirə” üçün hazırlaşır
02.02.2021 , 01:00

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə ilk matçın hazırlığını başa vurub.
Komanda bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb.
Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Fevralın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.
