“Neftçi” “Zirə” üçün hazırlaşır
24.08.2022 , 21:33

“Neftçi” Misli Premyer Liqasının IV turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.
Kornee.az klubun saytına istinadən xəbər verir ki, “Sabah”la matçın ertəsi günü bərpa məşqi edən “ağ-qaralar” avqustun 22-də hazırlığa başlayıb. Bu gün isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq olub.
“Neftçi” – “Zirə” oyunu avqustun 26-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.
