“Neftçi” “Zirə” üçün hazırlaşır
12.05.2022 , 20:17

“Neftçi” Premyer Liqanın XXVII turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb.
Korner.az xəbər verir ki, Qəbələ səfərindən qayıdandan sonra iki günlük istirahətə buraxılan komanda üzvləri bu gün məşqlərə start verib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.
“Zirə” – “Neftçi” görüşü mayın 15-i saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
