“Neftçi” – “Zirə” oyunu 1 manata
17.12.2022 , 14:00
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edir.
Bu komandalar arasında dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.