Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündür.
Qeyd edək ki, sentyabrın 16-da “Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.
