“Neftçi” “Zirə” ilə görüşə hazırlaşır
03.04.2019 , 11:15

“Neftçi” Topaz Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.
Klubun rəsmi saytına istinadən verilən xəbərə görə, “Keşlə” ilə qarşılaşmadan sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Qeyd edək ki, aprelin 6-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.
