“Neftçi” – “Zirə”: hakim təyinatları
27.11.2020 , 18:20

Azərbaycan Premyer Liqasının 11-ci turun “Neftçi” – “Zirə” oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi” – “Zirə” görüşü sabah saat 16:00-da başlayacaq.
