Peşəkar Futbol Liqası – Topaz Premyer Liqasının II turunun “Neftçi” – “Zirə” matçının yerini dəyişib.
Korner.az-ın xəbərinə görə, bu haqda qurumun saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, “Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib: “Klub ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunda renovasiya işlərinin aparıldığını əsas gətirərək, “Zirə” ilə II turda keçiriləcək oyunun yerinin dəyişdirilməsini xahiş edib. Bunları nəzərə alan PFL “Neftçi” – “Zirə” matçının 14 avqust, saat 20:00-də tarixdə “Əlincə Arena”da keçirilməsi haqda qərar verib”.
