Bu gün qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Neftçi" Gürcüstan çempionu "Zestafoni" klubu ilə qarşılaşıb.
Paytaxt klubu "Dalğa Arena"da qələbə qazanmaqla Tiflisdəki oyuna rahat gedəcək. Komandamız Gürcüstan təsmilçisini 3 cavabsız qolla məğlub etməklə böyük üstünlük əldə edib. İlk hissədə iki dəqiqə ərzində 2 qol vuran "ağ-qaralar" fasilədən sonra 1 qol daha vurub və 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra – iyulun 24-də Gürcüstanda keçiriləcək.
17 iyul
Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunu
21:00. "Neftçi" (AZƏRBAYCAN) – "Zestafoni" (Gürcüstan) 3:0
Qollar: Cavid İmamverdiyev (22), Vobay (23), Kanales (63)
