Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi"nin Gürcüstan çempion "Zestafoni" ilə ilk oyunun başlama saatı açıqlanıb. Korner.az-ın məlumatına görə, Bakıda keçiriləcək ilk qarşılaşma iyulun 17-də baş tutacaq.
“Dalğa Arena”da keçiriləcək matç yerli vaxtla saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Zestafonidə keçiriləcək.
