Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Zaqreb "Dinamo"sundan təklif alıb. Korner.az-ın məlumatına görə, Xorvatiyanın ən titullu klubu iyulun 10-da “Neftçi” ilə yoxlama oyununda qarşılaşmaq istəyir. Amma "ağ qaralar" Avstriyada baş tutması gözlənilən oyunla bağlı qarşı tərəfə hələ ki cavab verməyib. “Neftçi” xorvatların təklifini dəyərləndirmək üçün iyunun 25-də baş tutacaq Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimini gözləyir.
