“Neftçi” yunanıstanlı futbolçu ilə müqavilə bağladı
23.01.2019 , 16:56

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
Yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Platellas Yunanıstanın “Kaliteya” (2005-2011), “Ksanti” (2011-2013), AEK (2013-2016), “Atromitos” (2016-2017), “Aris” (2017-2018) komandalarında da çıxış edib.
