“Neftçi” yoxlama oyunu keçirəcək
11.10.2020 , 11:25

Premyer Liqanın VI turunun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək.
Korner.az xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Qəbələ” ilə qarşılaşacaq. Görüş oktyabrın 11-i saat 15:00-da start götürəcək. Məlumatı klubun mətbuat xidməti yayıb.
“Neftçi” – “Sabah” oyunu oktyabrın 18-i saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.
