“Neftçi” yetirməsini geri qaytardı
27.12.2019 , 14:33

“Neftçi” yetirməsi İbrahim Əliyevi komandaya qaytarıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb. Əliyev “ağ-qaralar”da 55 nömrəli formanı geyinəcək.
“Neftçi”nin müxtəlif yaş qruplarından başqa əsas və əvəzedici komandalarında oynamış İbrahim Əliyev indiyədək “Qarabağ” və “Sumqayıt”da da çıxış edib.
