“Neftçi” klubu Avroliqanın I təsnifat mərhələsində iştirak üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə edib.
Korner.az-ın məlumatına görə, paytaxt klubu “Mladost”la oyun öncəsi yeni transferi Aylton Ferreyra Silvanı sifariş edib.
20 yaşlı braziliyalı müdafiəçi yeni klubunda 6 nömrəli formada çıxış edəcək.
