“Neftçi” yeni transferini təqdim etdi – Video
17.02.2021 , 18:05

“Neftçi” Bolqarıstanın MOİK (Sofiya) klubundan icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib.
Korner.az xəbər verir ki, paytaxt klubu 25 hücumçunun keçidi ilə bağlı video paylaşıb. Bolqarıstanlı futbolçu “ağ-qaralar”ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, “Neftçi” türk əsilli futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
