“Neftçi” yeni transferini rəsmən açıqladı
30.07.2024 , 23:05

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı hücumçu Andrey Ştoqrin heyətə cəlb olunub.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 88 nömrəli formanı geyinəcək.Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in A komandasında çıxış edib. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/24 mövsümündə 34 oyun keçirib, 12 qol vurub
