“Neftçi” yeni transferi Mateo Mujeki əvəzedici heyətə göndərib.
Elxan Abdullayevin baş məşqçi olduğu dönəmdə komandaya cəlb olunan oyunçu əsas heyətə düşməkdə çətinlik çəkir.
Sol cinaha Georgi Navalovskinin əvəzinə transfer edilən futbolçu son turda əvəedici çempionatda çıxış edib. Xorvatiyalı futbolçu “Kəpəz”lə 1-1 hesabı ilə başa çatan görüşdə start heyətində meydançaya çıxıb.
Mateo Mujek Sloveniyanın “Rudar” klubundan transfer edilmişdi.
