Futbol

“Neftçi” yeni təyinatı rəsmən açıqladı

02.06.2017 , 13:03

Azərbaycanın tanınmış idman jurnalisti və teleşərhçisi Rüstəm Əfsərlinin “Neftçi”dəki təyinatı rəsmiləşib.

Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Əfsərli “Neftçi”nin Media və Marketinq Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Əfsərli bundan əvvəl “Simurq” və AZAL klublarında çalışıb. 2015-ci ildən isə  “CBC Sport”da şərhçilər qrupuna rəhbərlik edirdi.

Son yazılar

Yuxarı