Bakının "Neftçi" klubu Premyer Liqanın ev oyunlarını başqa stadionda keçirəcək.
Korner.az-ın məlumatına görə, noyabr ayından etibarən "Neftçi" Premyer Liqanın ev oyunlarını "8-ci kilometr" stadionunda keçirəcək.
Buna səbəb Bakıxanov qəsəbə stadionunun təmirə bağlanmasıdır. Təmir işləri başa çatanadək "Neftçi" rəqib komandaları 8 KM stadionunda qəbul edəcək.