Ölkə futbolu

“Neftçi” yeni sponsorla müqavilə imzaladı

10.12.2019 , 12:34

“Neftçi” bu gün yeni sponsorla müqavilə bağlayıb.

Korner.az xəbər verir ki, Bakı klubu Türkiyə şirkəti “Buta Qlobal Enerji Tekstil” ilə əməkdaşlığa başlayıb. Şirkət enerji və tekstil sektorunda fəaliyyət göstərir. “Bakcell Arena”da keçirilən tədbirdə tərəflər arasında 2 illik müqaviləyə imza atılıb.

Razılaşmaya əsasən, “Buta Qlobal Enerji Tekstil” “Neftçi”nin əsas komandasının geyim tərəfdaşı olacaq.

Son yazılar

Yuxarı