“Neftçi” yeni mövsüm üçün hazırlaşır
05.07.2022 , 15:25

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Bolu bölgəsindəki “The Sign Esentepe Hotel & Ski Center”də məskunlaşan komanda təlim-məşq toplanışının 4-cü günündə səhər məşqinə çıxıb.
Məşqə isinmə hərəkətləri ilə başlayan “ağ-qaralar” daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər. Hazırlıq axşam məşqi ilə davam edəcək.
“Neftçi” toplanış zamanı 3 yoxlama matçı keçirməyi planlaşdırır.
