Ölkə futbolu

“Neftçi” yeni mövsümə start verdi

09.06.2021 , 00:11

“Neftçi” yeni mövsümün hazırlığına start verib.

Korner.az xəbər verir ki, komanda üzvləri təlim-məşq toplanışı çərçivəsində bu gün doğma bazada ilk məşqə çıxıblar.

Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Təlim-məşq toplanışının ilk mərhələsi iyunun 14-dək Bakıda, ikinci mərhələsi isə ayın 16-dan 30-dək Sloveniyada təşkil olunacaq. “Ağ-qaralar” bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Son yazılar

Yuxarı