“Neftçi” dövrələrarası hazırlığa start verib.
Korner.az-ın məlumatına görə, “flaqman” bu gün klubun bazasındakı meydançada məşq keçib. Hazırlıq prosesi sabah iki məşqlə davam edəcək. “Neftçi”nin səhər məşqləri əsasən fiziki, axşam təlimləri isə toplu çalışmalardan ibarət olacaq.
Qeyd edək ki, komandamızın legionerləri heyətə sabah qoşulacaqlar.(klub saytı)
