Ölkə futbolu

“Neftçi” yeni baş məşqçi ilə hazırlaşır

22.06.2022 , 21:28

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Korner.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün yeni baş məşqçi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb. “Neftçi TV” vasitəsilə canlı yayımlanan və “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Komandanın tam heyətlə olmadığı məşqdə yeni köməkçi məşqçi Viorel Dinu və fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu da iştirak ediblər.

Son yazılar

Yuxarı