Çempionlar Liqasında Gürcüstan çempionu "Zestafoni" ilə qarşılaşacaq "Neftçi" hazırlıqlarını davam etdirir. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Avstriya toplanışı çərçivəsində bu gün növbəti sınaq matçına çıxıb. "Ağ qaralar"ın rəqibi Rusiyanın "Kuban" klubu olub.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında Rusiya klubu iki cavabsız qol vuraraq "Neftçi"ni məğlub edib.
Xatırladaq ki, “Neftçi” Türkiyə toplanışı zamanı Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu “Sepahan”a qalib gəlmişdi – 1:0.
