“Neftçi” yenə Məmmədovsuz çalışdı
15.02.2019 , 18:21

“Neftçi” komandası Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını başa vurub.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş oyunöncəsi son məşqdə zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak edib. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:30-da başlanacaq.
