"Neftçi"nin 13 yaşadək futbolçulardan ibarət komandası 10-14 sentyabr aralığında Rusiyada təşkil olunacaq Beynəlxalq turnirdə iştirak edəcək. Korner.az-ın məlumatına görə, yarış adı çəkilən ölkənin İdman və Turizm Nazirliyi və Rusiya Futbol İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
Komandamızın rəqibləri sentyabrın 11-də baş tutacaq püşkatma mərasimindən sonra bəlli olacaq. Sayca 4-cü dəfədir ki, təşkil olunacaq Beynəlxalq turnirdə "Neftçi" ilə yanaşı İsrail, Belarus, BƏƏ, Latviya, Litva və Afrika qitəsindən olan klublar mübarizə aparacaq.
