“Neftçi”nin veteran futbolçusu Yaşar Babayevin 75 yaşı tamam olub.
Korner.az-ın məlumatına görə, 1966-cı ilin bürünc mükafatçısının yubiley mərasimində “Neftçi”nin rəhbərliyi və futbol ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Yubilyarı “Neftçi” adından Müşahidə Şurasının üzvü Səməd Qurbanov təbrik edib.
Qeyd edək ki, Yaşar Babayev 1963-1971-ci illər ərzində “Neftçi”nin heyətində 219 oyunda meydana çıxıb.
