Polşanın “Slensk” klubunun baş məşqçisi Stanislav Levı “Neftçi” ilə oyundan (3:1) sonra fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, çalışdırıcı "ağ-qaralar"a uğurlar arzulayıb:
“Maraqlı oyun oldu. “Neftçi” təcrübəli komandadı, zəif rəqib deyil. Bizə qarşı aqressiv və sürətli oynadılar. “Neftçi” xüsusən cinahlarda yaxşı təsir bağışlayırdı. Bilirdik ki, “Neftçi” daha çox gənc futbolçulara şans verib. Biz də hər iki hissədə fərqli heyətlə çıxış etdik. Sevinirəm ki, yetirmələrim tapşırıqlarımı yerinə yetirdilər. Rəqibə Azərbaycan çempionatında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm də “Neftçi” çempion olacaq”.
