"Neftçi” PFK-nın kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı (neftchipfk.com) xəbər yayıb.
Klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.
