“Neftçi” xatirə turnirinin qalibi oldu
13.01.2020 , 20:09

“Neftçi”nin U-10 komandası klubun veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirin qalibi olub.
Korner.az xəbər verir ki, “ağ-qaralar” 2010-cu il təvəllüdlü futbolçular arasında keçirilmiş yarışın final matçında “Qarabağ”ı 5:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
İslam Kərimovun baş məşqçisi olduğu komamdada Əli Musazadə het-trikə imza atıb. Digər qolları Yusif Quliyev və Rəşad Şirməmmədli vurublar. Yusif Quliyev 6 qolla turnirin ən məhsuldar futbolçusu olub.
Qeyd edək ki, “Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə “Neftçi” bunadək “Amasiya” (9:1), ROFM (3:1) və “İrani” (İran, 2:3) komandaları ilə qarşılaşmışdı.
