“Neftçi” komandası “Xəzər Lənkəran”la “Böyük oyun” öncəsi müraciət yayımlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə “ağ qaralar” cənubluların azarkeşlərinə müraciət ediblər.
Həmin müraciəti sizə təqdim edirik:
AFFA İntizam Komitəsinin 27.08.2013 tarixli qərarına əsasən 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. “Neftçi” AFFA-nın qərarına hörmətlə yanaşmağa borcludur.
Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Neftçi”-“Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb. “Neftçi” olaraq azakeşlərdən, AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşmağı xahiş edirik.