Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, ötən ilin yekunlarına əsasən siyahıda 436 komanda yer alıb.
Bu siyahıda ölkəmizi iki klub təmsil edir.
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Neftçi" bu dəfəki siyahıda 191-cidi. "Ağ-qaralar"ın ehtiyyatında 90,5 xal var. Ötən aykı siyahıdan fərqli bu dəfə "Neftçi" 22 pillə irəliləyərək İngiltərənin "Stok Siti", Rusiya MOİK-i kimi klubları geridə qoyub.
Digər təmsilçimiz “İnter” 15 pillə geriləyərək, 410-cu yerdən 425-ciyə enib – 60 xal.
İFFHS-in cədvəlinə “Barselona”sı başçılıq edir. Katalonlar 307 xalla birincidi. 279 xala malik İngiltərə “Çelsi”si 2-ci sırada qərarlaşıb. 3-cü yeri isə Argentina “Boka Xuniors”u ilə İspaniya “Atletiko”su paylaşır.
