Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri satışa çıxarılıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qiyməti 1 manat (VİP yerlər üçün 10 manat) olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək oyun saat 17:30-da başlanacaq.
