Bu gün Bayıl stadionunda keçiriləcək final oyunu ilə “Coca-Cola U-13 Liqa”nın 2014/2015-ci il mövsümünə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, liqanın qalibini müəyyənləşdirəcək oyunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları qarşılaşacaq. Saat 15:30-da başlayacaq qarşılaşma İdman Azərbaycan televiziya kanalı və affa.az saytı vasitəsilə canlı yayımlanacaq.
