Ölkə Kuboku

“Neftçi” – “Xəzər Lənkəran” finalının biletləri satışa çıxarıldı

23.05.2013 , 09:24

Azərbaycan kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final oyununun biletləri satışa çıxarılmışdır. 

Korner.az-ın məlumatına görə, sektordan asılı olaraq 2-100 manat arası olan biletləri oyunun keçiriləcəyi T.Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Final oyunundan öncə müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqram təşkil olunacaq. Final oyunundan dərhal sonra isə azarkeşlər arasında uduşlu lotereya keçiriləcək. Azarkeşlər 1 ədəd Chevrolet Aveo avtomobili, planşet və smartfon qazanmaq imkanı əldə edəcəklər.

1-10, 19-28-ci sektorlar – 2 azn

11-13, 16-18, 30-37-ci sektorlar – 5 azn

14 və 15-ci sektorlar – 20 azn

VIP C və VIP D – 100 azn

Son yazılar

Yuxarı