Futbol

“Neftçi” “Visla” ilə heç-heçə etdi

19.01.2022 , 18:35

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb.

Korner.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Polşanın “Visla” komandası ilə qarşılaşacaq. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

“Neftçi” Türkiyədəki ilk matçında Macarıstanın “Kişvarda” komandası ilə heç-heçə edib – 2:2.

Yoxlama oyunu

19 yanvar

16:00 Neftçi – Visla (Plotsk, Polşa) – 1:1

Son yazılar

Yuxarı