Bu gün Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinə start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq hər iki qarşılaşma Bakıda oynanılacaq.
İlk olaraq Premyer Liqanın lideri "Qarabağ" səhnəyə çıxacaq. Ağdam təmsilçisi ev sahibi qismində "İnter Arena"da "Simurq"u qəbul edəcək.
Bundan 1 saat sonra isə azarkeşlər paytaxt derbisini izləyə biləcək. "İnter" səfərdə digər paytaxt təmsilçisi "Neftçi"nin qonağı olacaq.
Azərbaycan kuboku
Yarımfinal
13 aprel (bazar ertəsi)
18:00. “Qarabağ” – “Simurq” – 1:0
Qol: Cavid Tağıyev 15
“İnter Arena”
19:00. “Neftçi” – “İnter” – 2:0
Qollar: Kanales 19, 71
“Bakcell Arena”