Sabah Azərbaycan kubokunun finalında iki əzəli rəqib – "Neftçi" və "Xəzər Lənkəran" klubları üz-üzə gələcək. Barışmaz rəqiblərin dueli maraqla gözlənilir.
Korner.az oyundan öncə hər iki komandanın fan-klub və azad azarkeş qrupları arasında sorğu apardı. "Böyük oyun"a hazırlıq necə gedir?
Əmrəli Hüseynli, "Green Gate 2" azad azarkeş qrupunun başçısı: "Bu oyuna biz 40 nəfərlik heyətlə gedəcəyik. Biz kuboka deyil, rəqibin məhz "Neftçi" olmasına göre daha səylə hazırlaşırıq. Bizim əsas "Neftçi"yə olan nifretimizdi. Nə edəcəyik, oyun günü hamsını görəcəksiz. Sürpriz olacaq".
Orxan Musayev, "Fırtına" fan klubunun təşkilatçısı: "Yüksək səviyyədə hazırlaşırıq, hər oyunda oldugu kimi. Sevimli komandamıza da , rəqib komandayada surpriz pankartlar olacaq. 70 nəfərdən çox olacayıq".
Oktay Ağazadə, "ForzaNeftçi"nin rəhbəri: "Mətbuatdan oxumuam ki, yaman hazirlaşirlar. Qoy hazirlaşsınlar. Amma unutmasınlar ki, Bakıya gəlirlər "Neftçi"nin məkanına. Bu "12ci oyunçu" fan klubunun dedikləri daha guülməlidir. Vallah olmayan fan-klub Bakiya belə gələ bilmir, amma ordan boş – boş danışır. Birdə "İmarət fan klubunun "Neftçi"yə dəstəkolacağı sadəcə ağırıverici bir xəbərdi. Artıq biz "Xəzər Lənkəran"ının əleyhinə bannerlərdə hazırlamışıq. "ForzaNeftçi söz verir ki, çox maraqlı olacaq".