Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, tədbirdə Unibank Premyer Liqanın 30-cu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarılıb.
Premyer Liqanın XXX turunun “Turan” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunub.
Premyer Liqanın XXX turunun “Rəvan” – “Kəpəz” matçının 60-cı dəqiqəsində “Kəpəz” klubunun 12 nömrəli futbolçusu Eslam Mesallah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.
Premyer Liqanın XXX turunun “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu və 62-ci dəqiqədə meydançaya kənar əşya atıldığı üçün kluba 2 min manat cəza kəsilib.
Premyer Liqanın XXX turunun “Neftçi” – “Qarabağ” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Neftçi” klubu matçın videoyazısını təqdim etmədiyi üçün kluba 1000 manat cəza kəsilib.