“Neftçi” və “Sabah”ın potensial rəqibi məlum oldu
07.08.2023 , 16:27

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin də potensial rəqibləri müəyyənləşib.
“Neftçi” – “Beşiktaş” cütünün qalibi pley-offsa “Aris” (Yunanıstan) – “Dinamo” (Kitev, Ukrayna) cütünün güclüsü ilə üz-üzə gələcək. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə Serbiya “Partizan”ını keçsə, pley-offda “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
