“Neftçi” və “Sabah”ın futbolçusu məğlubiyyətin iştirakçısı oldu
18.11.2022 , 10:27

Gürcüstan millisi yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, yığma Mərakeşlə üz-üzə gəlib. Görüş afrikalıların 3:0 hesablı qələbəsiylə başa çatıb.
Gürcüstan millisinin heyətdinə “Neftçi”dən Solomon Kvirkveliya və “Sabah”dan Davit Volkov da bu matçda iştirak edib. Hər iki oyunçu start heyətdə meydana çıxıb.
Volkov 62-ci, Kvirkveliya isə 78-ci dəqiqədə əvəzlənib.
