“Neftçi və “Səbail”in Avroliqadakı rəqibi bilindi – Yenilənib
18.06.2019 , 17:51

Bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” və “Səbail” də rəqibləri bəlli olub.
Beləliklə, “Neftçi” Moldovanın “Speranta”, “Səbail” isə Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova)
“Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya)
Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
Əlavə edək ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.
