“Neftçi” və “Qarabağ”dan qələbə
13.12.2020 , 19:11

I Divizionda X tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib. “Neftçi-2” “Zaqatala” ya 3:2, “Qarabağ-2” “Qaradağ Lökbatan”a 3:0, “Sumqayıt-2” “Keşlə-2”yə 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” – “Sabah-2” görüşü isə qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Qeyd edək ki, tura sabah keçiriləcək “Turan Tovuz” – MOİK qarşılaşması ilə yekun vurulacaq.
13 dekabr (bazar)
13:00. “Neftçi-2” – “Zaqatala” – 3:2
Qollar: Emin Zamanov, 14-pen (1:0), Seymur Əliyev, 45+4 (2:0), Famil Camalov, 69 (3:0), Xəqani Sadıxov, 77 (3:1), Salman Ələsgərov, 84 (3:2)
Türk Hava Yolları futbol mərkəzi (IV meydança)
14:00. “Kəpəz” – “Sabah-2” – 0:0
Gəncə şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Qarabağ-2” – 0:3
Qollar: Nəriman Axundzadə, 29, Sultan Mustafayev, 84, Riad Abbaszadə, 90+5
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Sumqayıt-2” – “Keşlə-2” – 2:0
Qollar: Mehman Məsimov, 27, Cavidan Abbaszadə, 38
“Kapital Bank Arena” (ehtiyat meydança)
14 dekabr (bazar ertəsi)
14:00. “Turan Tovuz” – MOİK
Gəncə şəhər stadionu
