Premyer Liqanın XI turu “Neftçi” və “Qarabağ” üçün əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, bütün yarışlarda güclülər dəstəsində çıxış etmiş “Neftçi” və “Qarabağ” qarşıdakı turda 600-cü matçına çıxacaq.
22-ci mövsümündə 600-ü “fəth edəcək” hər iki komanda yubiley matçını səfərdə keçirəcək. “Neftçi” “Şəfa”da “Simurq”un, “Qarabağ” isə Lənkəranda “Xəzər Lənkəran”ın qonağı kimi 600-ə çatacaq.