Qarşılaşma iyunun 2-də baş tutacaq
Azərbaycan kubokunun “Neftçi” – “Qarabağ” finalından bir gün öncə hər iki klubun veteranları arasında matç baş tutacaq.
Korner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının təşəbbüsü ilə keçiriləcək qarşılaşmada 19 il öncə baş tutmuş finalın iştirakçıları – “Neftçi” və “Qarabağ”ın veteranları yenə də meydana çıxacaqlar.
