“Qarabağ” və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirmələri səbəbindən hər iki komandanın Azərbaycan Premyer Liqasının üçüncü turundakı matçlarının tarixi dəyişdirilib.
Korner.az-ın məlumatına görə, klubların Peşəkar Futbol Liqasına müraciətləri nəzərə alınaraq Premyer Liqadakı oyunlar bir gün sonraya keçirilib.
1. Azərbaycan Premyer Liqasının III turunun “Ara Naxçıvan” – “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə dəyişdirilib. Əvəzedici heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.
2. Azərbaycan Premyer Liqasının III turunun AZAL – “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə keçirilib.
