Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 5, “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
Oyunun 55-ci dəqiqəsində “İnter” klubunun 25 №-li futbolçusu Cəmil Hacıyevlə, “Neftçi” klubunun 21 №-li futbolçusu Kamil Nurəhmədov biri-birini təhqir etdiklərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 2000 manat cərimə olunub..
Oyunun 87-ci dəqiqəsində “Neftçi” klubunun 24 №-li futbolçusu Rəşad Əzizli idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
